...

Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq

Dünya xəbərləri Materials 8 Yanvar 2018 15:22 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq.

Trend-in məlumatına görə, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq.

Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir.

Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.

Qeyd edək ki, şahzadə Harri ilə Meqan Marklın toyu bu il mayın 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti