Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Şimali Koreya ilə danışıqlara həmişə açıqdır. Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı zamanı deyib.
Telefon söhbəti zamanı D.Tramp qeyd edib ki, Cənubi Koreya ilə Şmali Koreya arasında dialoq ABŞ-la Şimali Koreya arasında danışıqların başlanğıcını qoya bilər.
Qeyd edək ki, bu, ABŞ və Cənubi Koreya liderləri arasında bu həftə ərzində artıq ikinci telefon danışığıdır.