...

Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

Dünya xəbərləri Materials 17 Yanvar 2018 14:02 (UTC +04:00)
Rusiyanın “Rossiya” aviaşirkətinin Meksikanın Kankun şəhərindən Moskvaya uçmalı olan reysi erməni vətəndaşları ilə əlaqədar ləngiyib
Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

Bakı. Trend:

Rusiyanın “Rossiya” aviaşirkətinin Meksikanın Kankun şəhərindən Moskvaya uçmalı olan reysi erməni vətəndaşları ilə əlaqədar ləngiyib.

Trend-in məlumatına görə, Meksikanın hüquq-mühafizə orqanları 4 Ermənistan vətəndaşının deportasiyasını tələb edib.

Bununla əlaqədar, təyyarənin uçuşu bir neçə saatlıq ləngiyib. Daha sonra hava limanı uçuşa icazə verməyib. Nəticədə təyyarənin Moskvaya bu gün axşam saatlarında uçacağı planlaşdırılır.

Ermənistan vətəndaşlarının daha əvvəl ABŞ-dan sığınacaq istədikləri məlum olub. Hazırda hadisə ilə bağlı təfərrüatlar araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti