...

Suriyadan Türkiyə ərazisinə raket atılıb

Dünya xəbərləri Materials 21 Yanvar 2018 07:05 (UTC +04:00)
Suriya ilə sərhəddə yerləşən Türkiyənin Kilis vilayəti Suriya ərazisindən raket atəşinə məruz qalıb
Suriyadan Türkiyə ərazisinə raket atılıb

Bakı. Trend:

Suriya ilə sərhəddə yerləşən Türkiyənin Kilis vilayəti Suriya ərazisindən raket atəşinə məruz qalıb.

Trend-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, raketlər Suriyanın Afrin bölgəsindən atılıb.

Raket zərbələri nəticəsində bir neçə binaya ziyan dəyib.

Mərmilərin düşdüyü ərazilərə tibbi yardım briqadaları, yanğınsöndürənlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları cılb edilib.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti