...

Eyvandan insanlara atəş açan İtaliya sakini öldü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Yanvar 2018 04:40 (UTC +04:00)
İtaliya sakini evinin eyvanından küçədəki insanlara atəş açıb
Eyvandan insanlara atəş açan İtaliya sakini öldü (YENİLƏNİB)

Bakı. Trend:

İtaliyanın Kazerta vilayətinin Bellona şəhərində yaşadığı evin eyvanından insanlara atəş açan 48 yaşlı İtaliya sakini özünə yetirdiyi xəsarət nəticəsində ölüb.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli polisin məlumatında bildirilir.

Onun və həyat yoldaşının meyitlərini yaşadıqları mənzilə daxil olan polis əməkdaşları aşkar edib.

Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilir.

XXX

01:22

İtaliya sakini evinin eyvanından küçədəki insanlara atəş açıb.

Trend-in məlumatına görə, hadisə ölkənin Kazerta vilayətinin Bellona şəhərində baş verib.

İnsidentin yerli sakinlər arasında vahimə yaratdığı bildirilir.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti