Bakı. Trend:
Türkiyə Suriyanın Afrin şəhərindəki əməliyyatlarla kifayətlənməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, Türkiyə "çirkli oyunlar"ın qarşısını almaq və Suriya sərhədi boyunca bütün əraziləri terrorçulardan təmizləmək niyyətindədir:
"Zeytun budağı" əməliyyatına başlamaqla biz müxtəlif qüvvələrin oyunlarının qarşısını aldıq. Mənbicdən başlayaraq biz bütün sərhədlərimiz boyunca bölgəni terrorçulardan təmizləyib təhlükəsizliyimizi təmin edəcəyik".
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.