Bakı. Trend:
Çexiyada prezident seçkilərinin qalibi Miloş Zeman olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Zeman ikinci turda səsvermənin nəticələrinə görə 51,36% səs qazanıb. Onun əsas rəqibi, Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoşa isə seçicilərin 48,64%-i səs verib.
Qeyd olunur ki, 8,5 milyon seçicinin 66,6%-i səsvermədə iştirak edib. Onların 2,85 milyonu Zemana, 2,7 milyonu isə Draqoşa səs verib.
Prezidentin inauqurasiyası martı 8-də keçiriləcək.
X X X
20:53
Çexiyada prezident seçkilərinin ikinci turunda Miloş Zeman liderlik edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, seçki məntəqələrinin 95% üzrə nəticələrinə əsasən hazırki prezident 52,26% səs qazanıb. Onun əsas rəqibi, Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş 47,8% səs toplaya bilib.
Zemana təxminən 2,64 milyon nəfər səs verib, Draqoşa - 2,42 milyon.