...

"Zeytun budağı"nın 10-cu günü: 597 terrorçu məhv edildi, dağ ələ keçirildi

Dünya xəbərləri Materials 29 Yanvar 2018 13:16 (UTC +04:00)
Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 10-cu günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
"Zeytun budağı"nın 10-cu günü: 597 terrorçu məhv edildi, dağ ələ keçirildi

Bakı. Trend:

Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 10-cu günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Trend-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 597 terrorçusu məhv edilib.

Ötən gün Afrində strateji nöqtələrdən biri olan Burseya dağı ələ keçirilib. Yüksəkliyin ətrafındakı 19 mövqe də terrorçulardan təmizlənib. Quru qoşunları Afrinin mərkəzinə doğru hərəkət etməyə davam edir.

Bundan başqa, Hərbi Hava Qüvvələrinin 25 qırıcısı terror qruplaşmalarına məxsus 44 hədəfi darmadağın edib.

Əməliyyatın 10-cu günü "Azad Suriya Ordusu"nun 4 üzvü yüngül xəsarət alıb.

Türkiyə Baş Qərargahı "Zeytun budağı" əməliyyatının planlaşdırılan şəkildə, uğurla davam etdiyini bildirir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, sosial şəbəkələrdə Afrin hərəkatı ilə bağlı terrorçuların xeyrinə təbliğat işləri aparan 311 nəfər saxlanılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti