Bakı. Trend:
İraq höküməti ölkədə olan kimyəvi silah ehtiyatlarını tam məhv edib.
Trend-in məlumatına görə, bu barədə İraqın ali təhsil və elmi tədqiqat naziri Abdel Razzak əl-İsakak bildirib.
Nazir deyib: "Biz dünyaya bəyan edirik ki, nazirlik öz vəzifəsini yerinə yetirəndən sonra İraqda həyata təhlükəsi olan heç nə qalmayıb. İraq kimyəvi silah ehtiyatlarının məhv edilməsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirib".