Bakı. Trend:
İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının ərazisinə aviazərbə endirib.
Trend-in məlumatına görə, İsrail hərbçiləri aviazərbəni "HƏMAS" tərəfindən həyata keçirilmiş raket hücumuna cavab olaraq endirildiyini bildiriblər.
“İsrailin cənubuna atılmış raketə cavab olaraq, "HƏMAS" ın Qəzza zolağının cənubunda yerləşən kompleksinə aviazərbə endirilib”,- İsrail ordusunun yaydığı məlumatda deyilir.
Avireyd nəticəsində ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.