...

Dağıstanın baş naziri və iki müavini saxlanılıb

Dünya xəbərləri Materials 5 Fevral 2018 13:54 (UTC +04:00)
Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları respublikasın baş nazir vəzifələrini müvəqqəti icra edən Əbdüsəməd Həmidovu saxlayıb
Dağıstanın baş naziri və iki müavini saxlanılıb

Bakı. Trend:

Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları respublikanın baş nazir vəzifələrini müvəqqəti icra edən Əbdüsəməd Həmidovu saxlayıb.

Trend-in məlumatına görə, bundan başqa baş nazirin iki müavini – Şamil İsayev və Rayudin Yusifov da sorğu-sual üçün FTX-ya gətirilib.

Qeyd olunur ki. əməliyyat çərçivəsində Dağıstanın keçmiş təhsil naziri Şahabas Şahov da saxlanılıb.

Saxlanılanlar dövlət vəsaitlərinin mənimsənilməsində və korrupsiyada şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti