Bakı. Trend:
Israil ordusu HƏMAS hərəkatının Qəzza zolağındaki mövqelərinə aviazərbələr endirib.
Trend-in verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter-də dərc edilən məlumatında bildirilir.
“Ümumilikdə bizim qüvvələr HƏMAS-ın 18 mövqeyinə cavab zərbələri endirib”,- deyə məlumatda qeyd olunur.
Aviazərbələrin HƏMAS tərəfindən İsrail hərbi patrulun fuqas vasitəsi ilə partladılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.