...

Meksikada turistləri daşıyan bərədə partlayış baş verib: 22 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Fevral 2018 03:21 (UTC +04:00)
Meksikanın Kintana-Roo ştatında, Playa-del-Karmen şəhəri sahillərində turistləri daşıyan bərədə partlayış baş verib
Meksikada turistləri daşıyan bərədə partlayış baş verib: 22 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Meksikanın Kintana-Roo ştatında, Playa-del-Karmen şəhəri sahillərində turistləri daşıyan bərədə partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 22 nəfər xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir. Onların vəziyyəti barədə məlumat verilmir.

XXX

00:41

Meksikanın Playa-del-Karmen şəhəri sahillərində turistləri daşıyan bərədə partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Rusiyanın Kintana-Roo ştatında fəxri konsulu Armina Volperta bildirib.

O, qeyd edib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb: "Bərə Kosumel və Playa adası arasında hərəkət edir. Yaralananların 3-ü ABŞ vətəndaşıdır".

Onun sözlərinə görə, partlayışın səbəbi hələlik bilinmir.

Xəbər lenti

Xəbər lenti