...

İtaliyada Sibir siklonu həyatı iflic etdi

Dünya xəbərləri Materials 26 Fevral 2018 12:50 (UTC +04:00)
İtaliyada ərazisində kəskin hava şəraiti məktəblərij bağlanmasına, eləcə də digər ciddi problemlərə səbəb olub
İtaliyada Sibir siklonu həyatı iflic etdi

Bakı. Trend:

İtaliyada ərazisində kəskin hava şəraiti məktəblərin bağlanmasına, eləcə də digər ciddi problemlərə səbəb olub.

Trend-in məlumatına görə, paytaxt Romada 5 santimetr hündürlüyündə qar yağıb.

Şəhərdə məktəblər bağlanıb. Yollarda ləngimələr müşahidə olunur. Hava limanlarında reyslərin gecikdiyi barədə məlumat verilib.

Qeyd edək ki, sonuncu dəfə Romada güclü qarın 2012-ci ilin fevralında yağdığı bildirilir.

Bundan başqa, Sibir siklonu İtaliyanın digər bölgələrində də kommunal xidmətlərin işində çətinliklər yaradıb.

Ölkənin şimalındakı Pyemont vilayətində havanın temperaturu mənfi 16 dərəcəyədək çatıb.

Kəskin hava şəraitinin yaxın 2-3 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti