...

Papua - Yeni Qvineyada zəlzələ nəticəsində 30-dan çox insan həlak olub

Dünya xəbərləri Materials 27 Fevral 2018 05:18 (UTC +04:00)
Papua - Yeni Qvineyada ötən gün baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 30-dan çox insan həlak olub
Papua - Yeni Qvineyada zəlzələ nəticəsində 30-dan çox insan həlak olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Papua - Yeni Qvineyada ötən gün baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 30-dan çox insan həlak olub. Daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Trend-in məlumatına görə, 300-dən çox insan təbii fəlakət nəticəsidə yaralanıb, bir çox binaya zərər dəyib. Hela və Sautern-Haylends əyalətlərində elektrik təchizatı pozulub, zəlzələ həmçinin avia əlaqənin pozulmasına səbəb olub.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 03:44-də Porqera şəhərindən 89 kilometr cənub-qərbdə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti