...

Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv etdi

Dünya xəbərləri Materials 1 Mart 2018 18:13 (UTC +04:00)
Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv edib.
Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv etdi

Bakı. Trend:

Ermənistan prezidenti Serj Sarkisyan2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında bu protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti