...

Afrində daha bir məntəqə Türkiyə SQ-nin nəzarətinə keçdi - RAJO

Dünya xəbərləri Materials 3 Mart 2018 12:35 (UTC +04:00)
Suriyanın Afrin rayonundakı Rajo strateji cəhətdən vacib yaşayış məntəqəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altına keçib
Afrində daha bir məntəqə Türkiyə SQ-nin nəzarətinə keçdi - RAJO

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın Afrin rayonundakı Rajo strateji cəhətdən vacib yaşayış məntəqəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

Trend-in məlumatına görə, Türkiyə qoşunları ötən gün Rajoya yaxınlaşmışdı.

Hazırda bölgədə PYD və YPG terrorçuları ilə atışmalar davam edir.

Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti