Bakı. Trend:
Əfqanıstanın şimalında, Tahar vilayətinin Hvaca Qhar qəzasında "Taliban" üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Trend-in məlumatına görə, atışma zamanı 10 polis əməkdaşı və 7 hərbi qulluqçu həlak olub.
Hüquq-mühafizə orqanlarının daha 9 əməkdaşının xəsarət aldığı bildirilir.
Məntəqəyə silahlı hücum martın 9-na keçən gecə baş verib.