...

Əfqanıstanda sutka ərzində 171 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 12 Mart 2018 06:13 (UTC +04:00)
Əfqanıstanın 10 əyalətində aparılan hərbi əməliyyatlar zamanı 171 terrorçu məhv edilib
Əfqanıstanda sutka ərzində 171 terrorçu məhv edilib

Bakı. Trend:

Əfqanıstanın 10 əyalətində aparılan hərbi əməliyyatlar zamanı 171 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Müdafiə nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyantda bildirilir: "Sutka ərzində 10 əyalətdə aparılan hərbi əməliyyatlar zamanı 171 silahlı məhv edilib. Onlarda 6-sı İŞİD terror qruplaşmasının üzvüdür".

Nazirliyin məlumatına əsasən, ən çox terrorçu Kandaqar əyalətində məh edilib - 54.

Qeyd edək ki, Əfqanıstan ərazisində İŞİD və Taliba terror qruplaşmaları fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti