...

Türkiyə və Rusiya prezidentlərinin görüşünün VAXTI açıqlandı

Dünya xəbərləri Materials 14 Mart 2018 13:30 (UTC +04:00)
Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək.
Türkiyə və Rusiya prezidentlərinin görüşünün VAXTI açıqlandı

Bakı. Trend:

Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Əməkdaşlıq Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional məsələlərin həllində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti