...

Türkiyədə Süni İntellekt Nazirliyi yaradıla bilər

Dünya xəbərləri Materials 27 Mart 2018 12:12 (UTC +04:00)
Türkiyədə Süni İntellekt Nazirliyinin yaradılması gözlənilir.
Türkiyədə Süni İntellekt Nazirliyi yaradıla bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə Süni İntellekt Nazirliyinin yaradılması gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hökumətdəki mənbəyə istinadən yazır.

Yeni qurumun 2019-cu ilin sonunadək yaradılacağı bildirilir.

Süni intellekt nazirliyinin mövcud Elm, Sənaye və Texnologiyalar Nazirliyinin bazasında yaradılması planlaşdırılır.

Məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, hazırda Türkiyədə 21 nazirlik var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti