Bakı. Trend:
Argentinanın cənubundakı Çubut əyalətində 68 Amazon delfini özünü sahilə atıb.
Trend-in məlumatına görə, delfinlərdən 19-u xilas edilərək geri qaytarılıb.
Hadisə ilə bağlı çimərlik zonası bağlanıb, sakinlərə dənizə girməmək tövsiyə olunub.
Hazırda mütəxəssislər delfinlərin sahilə çıxmasının səbəblərini araşdırır.