...

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 27 Mart 2018 19:27 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, dövlət başçıları telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bildirilir ki, ikitərəfli və regional əməkdaşlığa dair mövzular da müzakirə obyekti olub.

Türkiyə və Rusiya prezidentləri arasında bundan əvvəl fevralın 8-də, Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı telefon danışığı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti