Bakı. Trend:
ABŞ-ın San-Fransisko şəhərində naməlum şəxs bir qrup insana balta ilə hücum edib və daha sonra avtomobilə minərək nəqliyyat vasitəsini onların üzərinə sürüb.
Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.
Məlumata əsasən, avtomobilin sürücüsü hadisə yerindən qaçsada, daha sonra polislər tərəfindən saxlanılıb.