...

Türkiyədə avtomobil karvanına HÜCUM - 6 hərbçi yaralanıb

Dünya xəbərləri Materials 29 Mart 2018 16:29 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK terror təşkilatı silahlıları avtomobil karvanını atəşə tutub. Trend-in məlumatına görə, silahlı hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi yaralanıb.

İnsidentdən dərhal sonra terrorçuların zərərsizləşdirilməsi istiqamətində ərazidə əməliyyat başlayıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.

Xəbər lenti

Xəbər lenti