Bakı. Trend:
Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib.
Trend-in məlumatına görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib.
Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.
Qeyd edək ki, hələ martın 3-da Fransa XİN Parisin Suriyanın şimalında müstəqil hərbi əməliyyatlar planlaşdırmadığını qeyd etmişdi.
Martın 5-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Mənbic rayonunun terrorçulardan təmizləməyə hazır olduğunu bəyan etmişdi.