Bakı. Trend:
Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Ankara şəhərindən 147 kilometr şimal-qərbdə, ocağı isə iki kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.