...

Misir prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Dünya xəbərləri Materials 14 Aprel 2018 04:17 (UTC +04:00)

Bakı. Trend:

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti 3 ay uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fərman imzalayıb.

Fərmanda deyilir: "2018-ci il aprelin 14-ü saat 01:00-dan ölkənin hər yerində fövqəladə vəziyyət rejimi elan edilir".

Prezidentin fərmanı terrorizmlə mübarizə və ölkənin bütün ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə silahlı qüvvələrinə və polis orqanlarına bütün səlahiyyətlərin verilməsini nəzərdə tutur. Fövqəladə vəziyyət rejimi zamanı prezidentin əmrini pozan şəxsə həbs cəzası düşür.

Qeyd edək ki, Misir prezidenti fövqəladə vəziyyət rejimini ötən ilin aprel ayında 45-dən çox insanın ölümünə səbəb olan Tanta və Aleksandriya şəhərlərində baş verən terror aktlarından sonra tətbiq edib.

Xəbər lenti

Xəbər lenti