...

Yerevanda Serj Sarqsyanın baş nazirliyinə qarşı etiraz aksiyası keçirənlər mərkəzi küçələrdə düşərgə salıblar

Dünya xəbərləri Materials 14 Aprel 2018 04:49 (UTC +04:00)
Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirənlər Yerevanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar
Yerevanda Serj Sarqsyanın baş nazirliyinə qarşı etiraz aksiyası keçirənlər mərkəzi küçələrdə düşərgə salıblar

Bakı. Trend:

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirənlər Yerevanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar.

Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, hazırda etirazçılar Fransa meydanında çadırlar qurublar və orada gecələməyə hazırlaşırlar.

Aksiyanın koordinatoru, "Yelk" müxalifətyönlü parlament fraksiyasının rəhbəri, "Mülki müqavilə" partiyasının lideri Nikol Paşinyan meydana toplaşanları gecələmək üçün ədyal və karton gətirməyə çağırıb: "Əgər iştirakçıların sayı aksiyanın Qapalı bazaradək uzanacaq qədər artarsa, hakimiyyətin dəyişəcəyinə mən zəmanət verirəm".

Qeyd edək ki, Fransa meydanı Ermənistan paytaxtının əsas küçələrinin kəsişməsində yerləşir.

Xəbər lenti

Xəbər lenti