...

Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar

Dünya xəbərləri Materials 16 Aprel 2018 12:30 (UTC +04:00)

Bakı. Trend

Sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan təqribən 100 nəfər Ermənistan Dövlət Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıb.

Trend-in məlumatına görə, polisin hələ müdaxilə etmədiyi bildirilir.

Bundan əvvəl etirazçılar Yerevanın mərkəzi küçələrini bağlamışdılar.

Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti