...

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Dünya xəbərləri Materials 16 Aprel 2018 17:45 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerldərdən uzaq durmağı tövsiyə edib
Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, bu gün Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti