...

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

Dünya xəbərləri Materials 19 Aprel 2018 05:15 (UTC +04:00)
ABŞ-ın Atlanta şəhərinin "Hartsfild-Cekson" (Corciya ştatı) sərnişin təyyarəsi təcili eniş edib
ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

Bakı. Trend:

ABŞ-ın Atlanta şəhərinin "Hartsfild-Cekson" (Corciya ştatı) sərnişin təyyarəsi təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hava limanının "Twitter" səhifəsində məlumat yayılıb.

Məlumata əsasən, təcili enişə səbəb təyyarənin mühərriklərinin birində tüstüləmənin başlaması olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

"Fox News" telekanalının məlumatına əsasən, təyyarə "Delta Air Lines" aviaşirkətinə məxsusdur və Londona uçurmuş.

Qeyd edək ki, ötən gün "Southwest Airlines" aviaşirkətinin sərnişin təyyarəsi Filadelfiya şəhərinin (Pensilvaniya ştatı) hava limanında qəza enişi edib. Təyyarənin mühərriklərindən biri alışıb və bir nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti