Bakı. Trend:
ABŞ-da Florida ştatında naməlum şəxs atəş açaraq iki polis əməkdaşını öldürüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə ştatın Trenton şəhərində baş verib.
Qeyd olunur ki, hadisə yerinə polis gəldikdə, atəş açan şəxs yerdə ölü aşkar olunmuşdur. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır.