...

Qəzza zolağında toqquşmalarda 4 fələstinli ölüb

Dünya xəbərləri Materials 21 Aprel 2018 00:38 (UTC +04:00)
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb
Qəzza zolağında toqquşmalarda 4 fələstinli ölüb

Bakı. Trend:

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 600-dən çox insan xəsarət alıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə “Ria Novosti”yə Fələstinin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 124 nəfər döyüş güllələri ilə yaralanıb, onlardan 5-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağı ilə sərhəddə baş verən ixtişaşlarda 3 minə yaxın fələstinlinin iştirak etdiyi barədə məlumat yayıb. Ötən həftə isə etiraz aksiyalarına qatılanların sayı 10 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti