...

Erməni polisi etirazçılara güc tətbiq edib, xəsarət alanlar var (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 22 Aprel 2018 12:28 (UTC +04:00)
Ermənistan polisinin etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Erməni polisi etirazçılara güc tətbiq edib, xəsarət alanlar var (YENİLƏNİB-3)

Bakı. Trend:

Ermənistan polisinin etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, təcili yardım maşınları hadisə yerindən yaralananları aparıb.

Yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Xatırladaq ki, daha öncə Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

X X X

12:10

Ermənistan polisi etiraz aksiyaların iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Xatırladaq ki, daha öncə Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

X X X

11:54

Ermənistan polisi müxalifət lideri Nikol Paşinyanı saxlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Daha öncə müxalifət lideri Paşinyan etirazların yeni güclə davam edəcəyini bəyan edib.

Xatırladaq ki, Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti