...

Türkiyədə son beş ildə aviareyslərin təxminən yarısı İstanbuldan icra olunub

Dünya xəbərləri Materials 22 Aprel 2018 17:46 (UTC +04:00)

Bakı. Rauf Quliyev - Trend:

Türkiyə aeroportları tərəfindən son beş ildə icra olunan bütün aviareyslərin təxminən yarısı İstanbulun payına düşür.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) hesabatında bildirilir.

Məlumata əsasən, Türkiyədə 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə icra olunan 6,78 milyon aviareysin təxminən 46%-i İstanbulun Atatürk və Sabiha Gökçen hava limanları tərəfindən icra olunub: "2014, 2015, 2016, 2017, 2018-ci illər ərzində İstanbulun iki hava limanı tərəfindən 2,85 milyon aviareys icra olunub".

Hesabatda həmçinin qeyd olunur ki, aviaresylərin 1,94 milyonu Atatürk, 910 mini isə Sabiha Gökçenin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti