Bakı. Trend:
Əfqanıstanda "Taliban" radikal hərəkatının döyüşçüləri Kalayi-Nau şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Trend-in məlumatına görə, gecə saatlarında təşkil edilmiş hücum nəticəsində 9 hərbi qulluqçu həlak olub.
Daha 7 polis əməkdaşı isə Kads rayonunda polis postuna hücumun qurbanı olub.