Bakı. Trend:
Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökumətinin istefasını qəbul edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb.
Prezidentin saytında yerəşdirilən fərmanında bildirilir: "Konstitusiyasının 130-cu maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının hökumətin istefasını qəbul etmək".
Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.
Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.