...

Ölü dəniz daşdı - 10 nəfər itkin düşdü

Dünya xəbərləri Materials 26 Aprel 2018 18:21 (UTC +04:00)
Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində 10 nəfər itkin düşüb
Ölü dəniz daşdı - 10 nəfər itkin düşdü

Bakı. Trend:

Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində 10 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, daşqınlara İsrail ərazisində iki gün ərzində yağan aramsız yağıntılar səbəb olub.

Yağıntılar nəticəsində Ölü dənizə axan çayların səviyyəsi kəskin artıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Daşqın zonasında 25 nəfərdən ibarət turist qrupu olub. Onlardan 15 nəfəri xəsarət alıb, 7 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti