Bakı. Trend:
İlk xəbər 08:41-də yayılıb
Əfqanıstanda iki partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Yaralıs sayı isə 20-dir.
X X X
08:41
Əfqanıstanda bazar ertəsi günü səhər saatlarında iki partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, partlayışlardan biri paytaxt Kabildə baş verib.
Hadisə nəticəsində üç nəfərin öldüyü bildirilir.
Yerli mətbuatın məlumatına əsasən, partlayış xəbərlərini polis təsdiqləyib. Partlayışın motosikleti idarə edən terrorçu-intiharçı tərəfindən törədildiyi bildirilir. Onun hədəfi Milli Təhlükəsizlik Direktorluğunun nümayəndələri olub.
İkinci partlayış Nanqahar vilayətində baş verib. Orada bir polis ölüb və beş sakin yaralanıb.