Bakı. Trend:
Böyük Britaniyanın daxili işlər naziri Ember Radd istefa verib.
Trend-in məlumatına görə, onun istefasına səbəb miqrant problemi ilə əlaqədar nazirlik ətrafında yaranan qalmaqal olub.
E.Radd 2016-cı il iyulun 13-dən bu vəzifədə çalışıb.
O, baş nazir Tereza Meyin yaxın tərəfdarlarından sayılır.