Bakı. Trend:
Yerevanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, nümayişçilər müxtəlif plakatlar, eləcə də "Rusiya-Ermənistan dostluğu əbədidir" yazılı plakatlarla mitinq keçirirlər.
Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis vəziyyətə nəzarət edir.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.