...

Ağ Ev: İran nüvə silahı tədbiq edə bilər

Dünya xəbərləri Materials 1 May 2018 06:08 (UTC +04:00)
İran qonşu ölkələrə və beynəlxalq ictimayyətin digər üzvlərinə qarşı nüvə silahı tədbiq etməyə qadir olduğunu nümayiş etdirib
Ağ Ev: İran nüvə silahı tədbiq edə bilər

Bakı. Trend:

İran qonşu ölkələrə və beynəlxalq ictimayyətin digər üzvlərinə qarşı nüvə silahı tədbiq etməyə qadir olduğunu nümayiş etdirib.

Trend-in verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

«Birləşmiş Ştatlar İsrail tərəfindən yayılan məlumat ilə tanışdır və onun diqqətlə təhlil etməkdə davam edir. Bu məlumat İranın nüvə silahının hazırlanmasına dair yeni və inandırıcı məlumatlar verir. İran heç vaxt nüvə silahı əldə etməməlidir», - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına aid arxivləri gizlətdiyini bəyan edib.

Rəsmi Tehran bu ittihamları rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti