...

İstanbul polisi 50 nəfəri saxladı - 1 maya görə

Dünya xəbərləri Materials 1 May 2018 14:36 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda 1 may Əmək bayramı ilə əlaqədar yürüş zamanı iğtişaşlara səsləyən 50 nəfər polis tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanlar arasında tələbələr və həmkarlar ittifaqlarının üzvləri var.

Yürüşlə əlaqədar olaraq İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, səhər saatlarında polis yürüş məqsədilə Taksim meydanına daxil olmaq istəyən qrupun qarşısını almışdı.

Hazırda Taksim meydanı bağlanıb, meydana yalnız turistlərin buraxıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti