...

Ağ Ev: İran 2025-ci ildə nüvə silahı hazırlaya bilər

Dünya xəbərləri Materials 2 May 2018 00:19 (UTC +04:00)
İran 2025-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəti bitdikdən sonra tez bir zamanda nüvə silahı hazırlaya bilər
Ağ Ev: İran 2025-ci ildə nüvə silahı hazırlaya bilər

Bakı. Trend:

İran 2025-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəti bitdikdən sonra tez bir zamanda nüvə silahı hazırlaya bilər.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat-katibi Sara Sander bildirib.

S.Sanders deyib: "İran əvvəldən yalan danışıb. Razılaşma (Birgə Hərtərəfli Fəaliyyət Planı) qeyri-dəqiq məlumatlar əsasında bağlanıb. Çünki İranın nüvə imkanları verdiyi hesabatdakından daha çox olub. Əgər bu saziş nəzərdə tutulan parametrləri ilə qalacaqsa, İran 7 ildən sonra prosesdə daha irəli gedəcək və nüvə silahını daha tez hazırlaya biləcək".

Qeyd edək ki, 2015-ci ilin iyul ayında İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya Tehranın nüvə probleminin nizamlanması barədə razılıq əldə ediblər. Onların hazırladıqları Birgə Hərtərəfli Fəaliyyət Planı BMT-nin, ABŞ-ın və Aİ-nin İrana qarşı nüvə proqramı səbəbindən tətbiq etdiyi sanksiyaların ləğvini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti