...

Əfqanıstan silahlı qüvvələrinin sayı il ərzində 12% azalıb

Dünya xəbərləri Materials 2 May 2018 06:35 (UTC +04:00)
Əfqanıstan Milli Silahlı Qüvvələrinin (ADNSF) sayı il ərzində "Taliban" radikal hərəkatının ölkənin yeni dairələrinin işğalı fonunda 12 faiz azalıb
Əfqanıstan silahlı qüvvələrinin sayı il ərzində 12% azalıb

Bakı. Trend:

Əfqanıstan Milli Silahlı Qüvvələrinin (ADNSF) sayı il ərzində "Taliban" radikal hərəkatının ölkənin yeni dairələrinin işğalı fonunda 12 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektorunun hesabatında deyilir.

Hesabatda bildirilir: "ABŞ Silahlı Qüvvələri məlumat verib ki, ANDSF-in yanvar ayı üçün sayı 296409 nəfər təşkil edib. Bu rəqəmlər ötən ilin anoloji dövrü ilə müqayisədə 12 faiz azdır. Ümumilikdə ANDSF-in sayı 35999 nəfər azalıb".

Sənəddə qeyd edilir ki, hazırda Əfqanıstanın 14,5 faiz dairələrinə "Taliban" nəzarət edir.

Xəbər lenti

Xəbər lenti