...

İranda 16 qadın İŞİD ilə əlaqələrə görə həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 6 May 2018 21:34 (UTC +04:00)
İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası verib
İranda 16 qadın İŞİD ilə əlaqələrə görə həbs cəzasına məhkum edilib

Bakı. Trend:

İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası verib.

Trend-in məlumatına görə, bu barədə Tehran şəhərinin prokuroru Abba Cəfəri Doulabati bildirib.

A.Doulabati deyib: "İŞİD üzvü olan qadınlar müxtəlif həbs cəzasına məhkum ediliblər. Qadınları həmçinin İŞİD-dən aldıqları pulu ödəməyə məcbur ediblər".

Onun sözlərinə görə, qadınlar Suriyaya İŞİD-ə qoşulmağa yollanıblar. Suriyadan İrana qayıtdıqları zaman isə həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti