...

Şərqi Qutada 64 mindən çox insan öz evinə qayıdıb

Dünya xəbərləri Materials 7 May 2018 05:16 (UTC +04:00)
Şərqi Qutada 64 mindən çox insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb
Şərqi Qutada 64 mindən çox insan öz evinə qayıdıb

Bakı. Trend:

Şərqi Qutada 64 mindən çox insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Y.Yevtuşenko bildirib: "Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin səyləri sayəsində 64229 insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb".

Onun sözlərinə görə, Şərqi Qutada Duma şəhərinin bərpası üzrə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti