Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Sindzo Abe arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər ABŞ dövlət katibi Maykl Pompeonun Şimali Koreyaya səfərinin nəticələrini müzakirə ediblər.
Bunda əlavə, tərəflər Cənubi Koreya ilə əməkdaşlığa və Şimali Koreyanın kütləvi qırğın silahlarının və ballistik raketlərin yaradılması proqramından imtina etməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, ABŞ dövlət katibi Maykl Pompeonun Şimali Koreyaya səfəri nəticəsində KXDR-da saxlanılan 3 ABŞ vətəndaşı azad edilib. Bundan əlavə, Donald Tramp və Kim Çen In arasında keçiriləcək görüşün yeri və vaxtı müəyyən edilib. Donald Tramp ötən gün bildirib ki, onların görüşü iyunun 12-si Sinqapurda baş tutacaq.