Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırır.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, Türkiyə İsrailin fələstinlilərə qarşı fəaliyyətini kəskin şəkildə pisləyir:
"Türkiyə əvvəllər də olduğu kimi Fələstini dəstəkləyəcək".
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.